“Xocalı   soyqırımı”  mövzusunda  dəyirmi masa

 26.02.2024-cü il tarixdə məktəbimizin tarix müəllimi Nuriyyə müəllim və UBTR İntizar Şamiyevanın təşəbbüsü ilə Xocalıda  baş  vermiş  qanlı  faciənin  32-ci ildönümü  ilə əlaqədar “Xocalı   soyqırımı”  mövzusunda  dəyirmi masa təşkil edilmişdir.� İlk olaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir  dəqiqəlik sükutla  yad edildi.Daha sonra şagirdlər Xocalı faciəsi haqqında məlumatlar vermiş, müəllimlər ilə fikir mübadiləsi aparılmış, şeirlər səsləndirmiş, videoçarxlar izlənilmişdir. Sonda məktəbimizin direktoru Elnur Mirzəyev şagirdlərə öz düşüncələrini bölüşmüş,Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik cinayəti olduğunu bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi