Pedaqoji Şura iclası keçirildi

 31.01 2024- cü il tarixdə məktəbin Akt zalında fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Elnur Mirzəyev , təlim - tərbiyə işləri üzrə direktor müavini Arzu İskəndərova ,  tərbiyə işləri üzrə direktor müavini Zəhra Həsənova və müəllimlər iştirak etdilər.  Məktəb Pedaqoji Şura iclası məktəbin direktoru Elnur  Mirzəyevin çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. 
İclasda I yarımilin yekunları və Böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.
Metodbirləşmə rəhbərlərinin hesabatları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi