"Fövqəladə hallarla bağlı davranış qaydaları"

    27.12. 2023-cü il tarixdə FHN Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarət Xidmətinin birgə əməkdaşlığı ilə Səbail rayonu 329 nömrəli tam orta məktəbdə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elnur Mirzəyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq belə maarifləndirici tədbirlərin keçirilməsinin çox məqsədəmüvafiq olduğunu vurğulayıb.
Görüşdə MM idarə rəisinin müavini polkovnik-leytenant Aida Səfəriliyeva, Səbail rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Nazir Əkbərov, FHN Bakı Regional Mərkəzinin əməkdaşları Əhalinin mülkü müdafiə hazırlığı şöbəsinin rəisi mayor Faiq Balakişiyev, Təlim və əməliyyat planlaşdırma şöbəsinin baş zabiti mayor Rauf Məmmədov, Təşkilatı səfərbərlik bölməsinin rəisi mayor Renat Fazlullov, Qüvvələrin və texnikanın hazırlığı və axtarış-xilasetmə işlərinin təşkili bölməsinin zabiti leytenant Leyla Əliyeva, məktəb rəhbərliyi, müəllimlər və  şagirdlər iştirak etdilər.
    FHN Bakı Regional Mərkəzinin əməkdaşları, MM şöbəsinin əməkdaşları, Dövlət Yanğın Nəzarət Xidmətinin əməkdaşları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları görüşün məzmunu ilə əlaqədar olaraq ətraflı çıxış etdilər. "Mülki Müdafiənin məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolu" mövzusunda mühazirə FHN -in əhalinin mühafizəsində rolu, mülki müdafiə sistemi, mülki müdafiənin məqsədi, vəzifələri, təşkil edilmə prinsipləri və fəaliyyət istiqamətləri barədə müəllimlərə məlumat verildi. Məktəbdə baş vermiş hər hansı bir təhlükəli anda zərərçəkmişlərə ilk yardım göstərməyin yolları aşılandı.
    Tədbir məktəbin həyətində təşkil edilmiş praktik məşğələ ilə davam etdi.
Bundan başqa, “Mercedes BENZ Sprinter” xüsusi təyinatlı avtomobil və onun komplektinə daxil olan müxtəlif alət və avadanlıqlar, fərdi mühafizə vasitələri, xüsusi olaraq əraziyə gətirilmiş akvalanq, xilasetmə və üzmə vasitələri, maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olundu. Şagirdlərin sualları dinlənildi.
Sonda məktəbin direktoru Elnur Mirzəyev  görüşdə iştirak edən qonaqlara və görüş iştirakçılarına minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi