“Heydər Əliyev və Azərbaycan tarixi”

  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən ənənəvi elmi-praktiki konfranslarda təqdim edilən ən yaxşı məqalələrin toplandığı kitab işıq üzü görüb. Xatırladaq ki, cari ilin əvvəlindən keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxış ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitab şəklində çap olunması qərara alınıb. Elmi-praktik konfranslarda Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3 mindən çox şagird iştirak edib. Paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək “Heydər Əliyev və Azərbaycan tarixi” kitabına daxil edilib.Məktəbin şagirdi Vüsalə Zeynəlova da referant yazısı qalib elan edilən elmi məqalələrin sırasındadır. Məktəbin direktoru Elnur Mirzəyev Vüsaləni təbrik edib və ona uğurlar arzulayıb!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi