“İlham Əliyevlə gündən- günə çiçəklənən Azərbaycan”

    25.12.2023 il tarixdə məktəbin hərbi rəhbəri ehtiyatda olan polkovnik-leytenant Ramil İsmayılov Ümummilli Liderimiz Heydər Əliyevin davamçısı İlham Əliyev Cənablarının doğum günü münasibəti ilə tədbir keçirib. Keçirilmiş tədbirdə  şagirdlər Prezidentin həyat və fəaliyyəyini, partiya  mənsubiyyəti, elmi siyasəti, mədəniyyət siyasəti, daxili və xarici siyasəti əks etdirən təqdimatlar nümayiş etdirilib. Böyük şəxsiyyətin həyat  yolu haqqında maraqlı məlumatlar söyləyərək yeni tariximizin yazılmasında əvəzsiz xidmətlərini qeyd ediblər. Eyni zamanda hərbi rəhbəri ehtiyatda olan polkovnik-leytenant Ramil İsmayılov Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” devizi ilə həyata keçirdiyi  siyasətindən şagirdlərə ətraflı danışıb. Bütün bunlarla yanaşı şagirdlər dünyanın böyük siyasi xadimlərinin  İlham Əliyev Cənabları haqqında dedikləri gözəl fikirləri, İlham Əliyev Cənablarının təltifləri, fəxri adları, fəxri doktoru olduğu universitetləri və fəxri vətandaşlıqı  haqqında məlumat verilib. Tədbirin sonunda Dövlət başçımız haqqında “İlham Əliyevlə gündən- günə çiçəklənən Azərbaycan” adlı  videoçarx nümayiş etdirilib və tədbiri yekunlaşdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi