“Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək "

  Səbail rayonu, 329 nömrəli tam orta məktəbdə  "Uşaqlar bizim gələcəyimizdir" və  “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək "mövzusunda mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Səbail RPİ Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili bölməsinin rəisi Zaur Hacıyev, Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov , Respublika Narkoloji Mərkəzinin həkim- psixoloqu İlahə Novruzova ,məktəbin direktoru Elnur Mirzəyev  və şagirdlər iştirak etmişlər.Tədbir zamanı narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən gənclərin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi