Qasımova Xəyalə "Fəxri Fərman"la təltif olundu

   8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Xəzər rayonunda bayram tədbiri keçirilib.

   Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 07 mart 2024-cü il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatınının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova, RİH başçısının müavinləri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar, şəhid ailələrinin xanım üzvləri iştirak ediblər.

   Tədbirdə  rayonun ictimai həyatında fəal iştirakına və əmək fəaliyyətində əldə edilmiş nailiyyətlərə görə 
“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə  məktəbimizin direktoru Qasımova Xəyalə Şiraslan qızı da Xəzər Rayon İcra Hakimiyyətinin  Fəxri   Fərmanı ilə təltif olunub.
Məktəbin kollektivi adından Xəyalə xanımı təbrik edir, peşə fəaliyyətində  uğurlarının davamlı olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi