"Qaçış" üzrə yarış keçirilib

05.03.2024-cü il tarixində "İdman həftəsi" çərçivəsində  tədbirlərin keçirilməsinin III günü

məktəbin Fiziki tərbiyə müəllimi Ələsgərov Cəfər müəllimin təşkilatçılığı ilə "Qaçış" üzrə yarış keçirildi.
İlk öncə  yarışda iştirak edən şagirdlər Azərbaycanın Dövlət himnini oxuduqdan sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdilər. 
Sonra Ələsgərov Cəfər  yarışda iştirak edən şagirdlərə yarışın qaydaları haqqında məlumat verdi.

Məktəbimizin  idmansevər şagirdləri "Qaçış" yarışında öz güclərini sınadılar.
Məktəbin  V-VII sinif şagirdləri 30 metr məsafəyə, VIII-IX sinif şagirdləri isə 60 metr məsafəyə qaçışda uğurlu nəticələri ilə bir- birindən fərqləndilər.

"Qaçış" üzrə yarışın nəticələrinə əsasən 
30 metr məsafəyə V-VII siniflər arasında qaçaraq oğlanlar arasında ən sürətli şagird  adına  I-yerə layiq görülən Əlizadə Kənan,  II-Yerə İbrahimov Əbülfəz Rüfət; III-Yerə Məmmədzadə İbrahim Zəfər oğlu oldu.

30 m məsafəyə qaçış qızlar arasında
VII-b sinif şagirdi  Orduxanova Mədinə 5,94 san nəticə ilə III-yer;
VII-b sinif şagirdi Süleymanova Fidan Əli qızı 5,74 san nəticə ilə II-yer;
VII-c sinif şagirdi Tapdıqova Fatimə Anar qızı 5,57 san nəticə ilə I-yerə layiq görüldü.

VIII-IX siniflər oğlanlar arasında   60 m məsafəyə qaçışın  nəticələrinə əsasən
IX-c sinif şagirdi İsmayılov Turan 8,10 saniyə nəticə ilə III-yer;
IX-b sinif şagirdi Əzizov Möhübbət 7,84 san nəticə ilə II-ci yer;
IX-b Orucov Zaur Qabil oğlu 7,31 saniyə nəticə ilə I-yer tutdu.

60 m məsafəyə qızlar arasında qaçışda VIII-c sinif şagirdi Hüseynli Zilan 9,50 san nəticə ilə  I-yerə layiq görüldü.
Yarışda iştirak edən şagirdlərin hər birinə uğurlar diləyirik.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi