Şagirdlər "Xalça muzeyi"ni ziyarət ediblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilinə dair Fəaliyyət planının 32-ci və 34-cü bəndinə əsasən "Dilimizi qoruyaq" şüarı altında tədbirlərin keçirilməsi bağlı Tədbirlər planına uyğun olaraq "Ana dili aylıqlar"ının təşkili məqsədi ilə 
29 fevral 2024-cü il tarixində Fevral aylığı keçirildi.
Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Hacıyeva tərəfindən məktəbin 8 "C" sinif şagirdlərinin iştirakı ilə "Xalça muzeyi" adlı təqdimat xarakterli tədbir keçirildi.
Təqdimat zamanı G.Hacıyeva muzeyin yaranma tarixi haqqında məlumat verdikdən sonra 8"C" sinif şagirdlərinin  "Xalça muzeyi"ni ziyarət edərkən çəkdikləri videoçarx nümayiş olundu.
Eyni zamanda şagirdlər də yadda qalan ekskursiyaları barədə məktəb rəhbərliyi və müəllimlərlə öz təəssüratlarını paylaşdılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi