Sertifikasiyada iştirak edəcək müəllimlərlə görüş keçirildi

    27 fevral 2024-cü il tarixində məktəbin direktoru Xəyalə Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyevanın məktəbin riyaziyyat və xarici dil müəllimləri ilə görüşü keçirilmişdir.
Görüş riyaziyyat, xarici dil müəllimlərinə sertifikatlaşdırmada dəstək və lazımi məlumatların verilməsi məqsədilə baş tutmuşdur.
Həmçinin 23 fevral 2024-cü il tarixində sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən görüşdə iştirak edən müəllimlər aldıqları məlumatları həmkarları ilə paylaşmış, fikir mübadiləsi aparmışlar.
Sonda Xəyalə Qasımova müəllimləri maraqlandıran sualları cavablandırdı, keçiriləcək  sertifikasiya imtahanında hər bir müəllimə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi