Xocalı soyqırımına həsr olunan "Dəyirmi masa"

   Məktəbin  fəaliyyət planına uyğun olaraq Xocalı faciəsinin 32-ci il dönümü ilə əlaqədar 26 fevral 2024-cü il tarixində məktəbin kitabxanasında "Dəyimi masa" keçirildi.

  "Dəyirmi masa" ətrafında məktəb rəhbərliyi, tarix müəllimi Hikmət Qasımov, o cümlədən 11"A" sinif şagirdləri iştirak edib.
İlk öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tarix müəllimi Hikmət Qasımov şagirdlərə faciə haqqında məlumat verərək şagirdlərin nəzərinə çatdırdı ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Şagirdlər faciə ilə bağlı topladıqları məlumatları təqdim etdilər. 

  Sonda məktəbin direktoru Xəyalə Qasımova çıxış edərək tariximizin qanlı səhifələrini unutmamağı və bunu gələcək nəsillərə ötürməyimizi diqqətə çatdırdı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi