Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan xüsusi dərs

 Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı məktəbin tədbirlər planına uyğun olaraq 23 fevral 2024-cü il tarixində məktəbimizdə Xocalı soyqırımına həsr olunmuş xüsusi dərs təşkil olunmuşdur.
   Məktəbin tarix müəllimi Aynur Həsənova tərəfindən keçirilən dərsdə  VIII-IX sinif şagirdləri "Xocalı soyqırımını unutma!" adlı haqqında təqdimatla çıxış etdilər.
Dərsdə iştirak edən məktəbin direktoru Xəyalə Qasımova, Azərbaycan dili və ədəbiyyat müəllimi Vahid Əsgərov, psixoloqu Məlahət Qasımova da Xocalı soyqırımından bəhs etdilər.
X.Qasımova çıxışında Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır və dəhşətli bir cinayət olduğunu vurğuladı. 
O, həmçinin, "Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalı soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı", deyərək çıxışını bitirdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi