VIII siniflər üzrə Reproduktiv sağlamlığa dair növbəti məşğələ keçirilib
15-16 fevral 2024-cü il tarixində məktəbin 8-ci siniflərində Reproduktiv sağlamlığa dair III məşğələ keçirilib.
Məktəbin psixoloqu Məlahət Qasımlı və biologiya müəllimi Esmira İbrahimova tərəfindən keçirilən məşğələnin mövzusu "Zərərli vərdişlər:Siqaret çəkmək" olub.
Şagirdlər mövzu ilə bağlı müzakirədə aktiv iştirak edib.
Sonda şagirdlər siqaret çəkməyin sağlamlığa ziyanını izah ediblər.