Pedaqoji Şuranın növbəti iclası keçirildi

      30 yanvar 2024-cü il tarixində məktəbin Fəaliyyət Planına əsasən Pedaqoji Şuranın növbəti iclası keçirildi.
     

   Məktəbin direktoru Xəyalə Qasımova pedaqoji kollektivi salamladıqdan sonra, onları gündəlikdə duran məsələlərlə tanış etdi.
Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva çıxış edərək II- XI siniflərin 1-ci yarımil üzrə təlim nəticələri,  o cümlədən məktəbdaxili keçirilən monitorinq nəticələri, görülən işlər haqqında hesabatlarını təqdim etdi.

   

    Məktəbin psixoloqu Məlahət Qasımlı  məktəb və məktəbdənkənar keçirilən tədbirlər haqqında hesabatını təqdim etdi, 2-ci yarımil üzrə sinif rəhbərləri ilə birgə görüləcək işlər barədə danışdı.
İclas fənn müəlllimlərinin çıxışları ilə davam etdi.

 

    Öz çıxışında  II yarımil üzrə görüləcək işlər barədə danışan məktəbin direktoru Xəyalə Qasımova,  xüsusən, məktəbdə sağlam psixoloji mühitin inkişaf etdirilməsi, səmərəliliyin artırılmasına dair tövsiyələrini verdi. Sonda pedaqoji kollektivin hər bir üzvünə öz işində uğurlar arzuladı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi