"Tariximizin şanlı səhifəsi" adlı "Dəyirmi masa"

   19.01.2024-cü il tarixində  20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan "Tariximizin şanlı səhifəsi" adlı "Dəyirmi masa" keçirilib.
"Dəyirmi masa"da məktəbin direktoru Xəyalə Qasımova, psixoloqu Məlahət Qasımlı, tarix müəllimi Hikmət Qasımov, 11 A sinif şagirdləri iştirak ediblər.
  Tədbirdə giriş sözü ilə çıxış edən tarix müəllimi Hikmət Qasımov  34 il bundan əvvəl Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin, eyni zamanda, Azərbaycan xalqının milli qürur və şərəf tarixi olduğunu qeyd edib. 
    Daha sonra məktəbin direktoru Xəyalə Qasımova çıxışı zamanı  20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli mənlik şüurunun yüksəkliyini və yenilməzliyini bir daha sübut etdiyini vurğulayıb. 20 Yanvar hadisələrinin gənc nəsilə çatdırılmasında qarşıda duran vəzifələrdən bəhs edib.
Daha sonra şagirdlərin 34 il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliamın müxtəlif aspektlərindən bəhs edən çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi