Böyük summativ qiymətlərin keçirilməsinə start verildi

     16 yanvar  2024-cü il tarixindən müvafiq siniflər və fənlər üzrə dərs proqramları (məzmun standartları) əsasında tapşırıqlar bankının yaradılması və BSQ – lərin təşkili nəzərdə tutulmuşdur.  

   BSQ – lərin keçirilməsi cədvələ uyğun olaraq 16 yanvar 2024-cü il tarixindən məktəbin IV – XI sinifləri üzrə Ana dili, İngilis dili və riyaziyyat fənlərindən BSQ – lərin keçirilməsinə start verilmişdir.
   Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi və metodbirləşmə rəhbərləri tərəfindən təsdiq olunaraq şagirdlərə təqdim edilib.

  16-17 yanvar 2024-cü il tarixlərində  həmin siniflərdə qeyri – ixtisas fənn müəllimlərindən ibarət nəzarətçilər verilmiş tapşırıqların yüksək səviyyədə şəffaflıq şəraitində yerinə yetirilməsini təmin etmiş, məktəb rəhbərliyi işin gedişatına ciddi nəzarət etmişdir.

    Qrafikə uyğun olaraq IV-XI siniflərdə bütün fənlər, V-VIII və X siniflər üzrə Azərbaycan dili, İngilis dili, riyaziyyat fənləri üzrə BSQ-lər keçiriləcəkdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi