"Xalq mahnılarının və zərbi-məsəllərin məğzini araşdırmaq" mövzusunda tədbir keçirilib

    “Dilimizi qoruyaq” şüarı altında “Xalq mahnılarının və zərbi-məsəllərin məğzini araşdırmaq” adlı tədbir keçirilmişdir.
   Dekabrın 28-də Ana dili aylıqlarının təşkili ilə əlaqədar məktəbimizdə növbəti tədbir keçirilmişdir. Azərbaycan dili və ədəbiyyatı müəllimi Vahid Əsgərovun təşkilatçılığı ilə hazırlanmış tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xəyalə Qasımova mövzunun əhəmiyyətindən danışaraq  bildirmişdir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilinə dair Fəaliyyət planının 3.2. və 3.4-cü bəndinə əsasən, “Dilimizi qoruyaq” şüarı altında müxtəlif tədbirlərin keçirilməsi ilə bağlı müvafiq tədbirlər planı təsdiq olunmuş və bununla əlaqədar olaraq, məktəbimizdə silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
   Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vahid Əsgərov çıxış edərək  xalq mahnıları və zərbi-məsəllərin tədqiq və təhlil olunmasından, onların janr xüsusiyyətlərindən və şagirdlərdə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı nəzəri və paraktik bilik, bacarıq və vərdişlərin inkişafında Ana dili aylıqları çərçivəsində keçirilən belə tədbirlərin aktuallığından danışmışdır. V.Əsgərov qeyd etmişdir ki, dövlətimizin Azərbaycan dili ilə bağlı siyasəti bu gün uğurla inkişaf edir. Bu mənada Cənab Prezidentin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli sərəncamları, eyni zamanda 2018-ci il tarixində imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” xüsusi rola malikdir. 
     Daha sonra çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, fənn müəllimləri Almara Həsənova, Elnur Axundov və məktəbin psixoloqu Məlahət Qasımlı da belə əxlaqi-tərbiyəvi mahiyyət daşıyan, milli-mənəvi dəyərlərlə bağlı olan tədbirlərin şagirdlərin bir şəxsiyyət kimi formalaşmağında oynadığı roldan, göstərdiyi təsirlərdən danışmışdır. 

   Tədbirin sonunda şagirdlər mahnı, atalar sözləri və zərbi-məsəllərlə bağlı müxtəlif təqdimatlar, çıxışlar etmiş, mahnılar oxumuşdur.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi