Ulu öndər Heydər Əliyevin Anım günü qeyd olundu

   Dekabrın 11-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar 9 "A" sinfində tədbir keçirilib.
Məktəbin tarix müəllimi Aynur Həsənova tərəfindən təşkil olunan tədbirdə ilk öncə Ulu öndərin əziz xatirəsi  bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilib.

    Tədbir zamanı  tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilən çıxışlar dinlənildi. 
A.Həsənova çıxışında Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmasını vurğuladı.
    Sonda məktəbin direktoru Xəyalə Qasımova çıxışı zamanı bildirdi ki, Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi