"İlğım" jurnalının təqdimatı keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023/2024-cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4-cü bəndinə əsasən "Dilimizi qoruyaq" şüarı altında tədbirlərin keçirilməsi ilə bağlı Tədbirlər planına uyğun olaraq "Ana dili" aylıqlarının təşkili məqsədilə  21.11.2023-cü il tarixdə məktəbdə noyabr aylığı keçirildi.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Almara Həsənova təşkilatçılığı ilə 7-14 yaş arası uşaqlara xitab edən jurnalın təqdimatı oldu.
Təqdimatda məktəbin  direktoru Xəyalə Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, psixoloqu Məlahət Qasımlı, şagirdlər iştirak ediblər.
Jurnal "İlğım" adı altında "Keçmişin izi ilə müasir dövrə doğru" təsvirlər əsasında hazırlanıb.
A.Həsənova "İlğım" jurnalı haqqında  məlumat verdikdən sonra, şagirdlər həm keçmiş, həm də müasir dövr üçün işıqlandırdıqları təsvirlər üzərində öz fikirlərini ətraflı şərh etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi