Pedaqoji Şuranın növbəti iclası keçirildi

  17 noyabr 2023-ci il tarixində məktəbin Fəaliyyət planına uyğun olaraq Pedaqoji Şuranın növbəti iclası keçirildi.
İclası açıq elan edən məktəbin direktoru Xəyalə Qasımova pedaqoji kollektivi iclasın gündəliyi ilə tanış etdi. Daha sonra tədrislə bağlı görülmüş işlərdən, şagird davamiyyətindən, şagirdlərin Respublika Fənn Olimpiadalarına hazırlıq səviyyəsindən danışdı.
  Məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva tədrisin keyfiyyətinin artırılması üçün qarşıda duran məsələlər, fənn aylıqlarının keçirilməsi haqqında çıxış edib.
  İclasda məktəbin IX siniflərində  əsas fənlər üzrə  şagirdlərin hazırlıq göstəriciləri haqqında Azərbaycan dili, riyaziyyat, ingilis dili  müəllimlərinin fikirləri dinlənildi.
  Məktəbin həmkarlar sədri   Cəfər Ələsgərov şagirdlərin nizam-intizam məsələlərinə toxunaraq müəllimlər tərəfindən nəzarətin güclənməsi istiqamətində təkliflərlə çıxış edib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi