Sağlam nəsil – parlaq gələcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq məktubuna əsasən " Sağlam nəsil – parlaq gələcək " layihəsinin tədbirlər planına uyğun olaraq məktəbimizdə şagirdlər tərəfindən layihə təqdim edilmişdir.
Təsviri incəsənət müəllimi Məmmədova Aygün bu mövzuda 7g sinfində şagirdlərlə birlikdə rəsmlər çəkib, " Zərərli vərdişlərə yox deyək – sağlam gələcək naminə! " mövzusunda maarifləndirici söhbət aparıb. Şagirdlər hazırladıqları layihəni təqdim edərək öz çıxışlarını ediblər.