Məktəbimizin komandası “ Nə? Harada? Nə zaman? ” yarışmasında

Məktəbimizdə şagirdlərin intellektual biliklərinin inkişaf etdirilməsi üçün oyun və yarışmaların keçirilməsi daim davam etdirilir.

Məktəbin tarix müəllimi Nizami İbrahimovun rəhbərliyi ilə Xəzər rayonunda keçirilən “ Nə? Harada? Nə zaman? ” intellektual yarışmasında iştirak edən komandamız I yeri tutaraq Respublika müsabiqəsində iştirak hüququ qazanıb. Respublika üzrə keçirilən “ Nə? Harada? Nə zaman? ” müsabiqəsində isə komandamız IV yerə layiq görülüb.

Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “ Heydər Əliyev və Azərbaycan tarixi ” referat müsabiqəsində məktəbin 10 – cu sinif şagirdi Adışlı Gülnar iştirak edərək seçilənlər sırasına düşüb.

Məktəbin direktoru Taleh müəllim Şahbazov keçirilən müsabiqə və yarışların əhəmiyyətindən, məktəbin şagirdlərinin bu yarışmalarda iştirakından danışıb.

“ Nə? Harada? Nə zaman? ” intellektual yarışmasında və referat müsabiqəsində iştirak edən müəllim və şagirdləri “ Fəxri Fərman ”la mükafatlandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi