7 – ci siniflərdə monitorinq
Məktəbimizdə şagirdlərin tədris ili ərzində qazandıqları biliyin aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə mütəmadi monitorinqlər keçirilir.
22.05.2024 – cü il tarixdə məktəbin 7 – ci siniflərində buraxılış fənləri üzrə monitorinq keçirilib.
Monitorinq buraxılış modelinə uyğun hazırlanıb, cavablar cavab kartında işlədilib.
Monitorinqdə 7 – ci sinifdə təhsil alan 339 şagirddən 12 şagird iştirak etməyib.
7 – ci siniflərdə monitorinq tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkil olunub.
Monitorinqə ümumi nəzarəti məktəbin direktoru Taleh müəllim Şahbazovun rəhbərliyi ilə qeyri – ixtisas fənn müəllimləri yerinə yetiriblər.