31 Mart Soyqırımı

Tarix boyu mənfur qonşumuz ermənilər tərəfindən xalqımıza qarşı deportasiyalar və soyqırımlar törədilmişdir. 1918 – ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaq erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998 – ci il tarixində 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalamışdır.

Məktəbin müəllimləri Aygün Kazımova və Səmayə Nəcəfovanın təşkilatçılığı ilə “ 31 Mart Soyqırım Günü “nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin direktor müavinləri, müəllimlər və şagirdlər iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi