Mülki müdafiə günü

           Bildiyimiz kimi 1 mart Ümumdünya Mülki Müdafiə Günüdür. Məktəbimizdə Mülki Müdafiə Günü qeyd olunub. Tədbir direktor müavini C.Nəcəfova, Hərbi rəhbər V.Talıbov və Azərbaycan dili və ədəbiyyat müəllimi V.Xəlilzadənin təşkilatçılığı ilə hazırlanıb.

            Tədbirdə məktəb rəhbərliyi, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, Şəhid Əmrah Əkbərovun anası Dürdanə xanım, şəhid yaxınları, Qazilər, müəllimlər, valideynlər, şagirdlər iştirak ediblər.

               Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi ilə başlayıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və müqəddəs şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.

            Şagirdlər tərəfindən şərti yaralının xilas edilməsi, şərti yanğının söndürülməsi və digər nümunələr yerinə yetirilib, siniflər üzrə hərbi taqımlar keçidi və şərti döyüş nümunələrini nümayiş etdirib. Aşağı sinif şagirdləri vətənpərvərlik ruhunda şeir və mahnılar ifa ediblər.

         Tədbirə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov Mülki Müdafiə qaydalarının vacibliyini vurğulayıb, Şəhid analarına, şəhid yaxınlarına, Qazilərinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi