Sertifikasiyada iştirak edəcək müəllimlərlə görüş

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təlimatına əsasən Respublikamızda müəllimlərin sertifikasiya prosesi uğurla davam etdirilir.

2024 – cü ildə Respublikanın riyaziyyat, ingilis dili və rus dili fənn müəllimləri sertifikasiyaya cəlb ediləcəklər.

Məktəbimizdə riyaziyyat, ingilis dili və rus dili fənn müəllimləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən məktəbin direktoru Taleh müəllim Şahbazov sertifikasiya imtahanının əhəmiyyətindən, müəllimlərin əməkhaqlarının stimullaşdırılmasında sertifikasiyanın rolundan danışıb.

Fənn müəllimlərini maraqlandıran sualları cavablandırıb, onlara tövsiyə və məsləhətlərini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi