Əsrin faciəsi – Xocalı

     20 – ci əsrin faciəsi olan “ Xocalı Faciəsi ” erməni vəhşiliyinin nümunələrindən biridir. Azərbaycan xalqının mübarizə əzmini qırmaq, qorxu xofu yaratmaq üçün hər bir iyrənc vəhşiliyə əl atan düşmənimiz 1992 – ci il fevralın 25 – dən 26 – na keçən gecə kütləvi qətliam  etsə də, xalqımızın mübarizə əzmini  sındıra bilmədi. Hazırda Xocalı şəhərində Ali Baş Komandan İlham Əliyevin ucaltdığı Azərbaycan bayrağı dalğalanır.

      Bu gün məktəbimizdə sıra təlimi zamanı məktəbin direktoru Taleh müəllim Şahbazov Xocalı faciəsi haqqında məlumat verib, müqəddəs şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.

        Məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi E.Talıbova və tarix müəllimi F.Balayevanın təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş ədəbi – bədii tədbir keçirilib.

        Tədbirdə məktəb rəhbərliyi, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, müəllimlər və şagirdlər iştirak ediblər.

Şagirdlər Xocalı faciəsi haqqında məlumat verib, hazırladıqları kompozisiyaları və videorolikləri nümayiş etdiriblər.

       Tədbirdə çıxış edən məktəbin direktoru Taleh müəllim Şahbazov Qarabağ tarixi, Xocalı faciəsi haqqında ətraflı məlumat verib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi