İctimaiyyət və valideynlərin iştirakı ilə keçirilən iclaslar

Məktəbimizdə mütəmadi olaraq valideyn iclasları keçirilməsi birgə işin daha səmərəli olduğunu göstərir.

31 yanvar 2024 - cü il tarixində məktəbimizdə ictimaiyyət nümayəndələri və valideynlərlə görüşlər keçirilib.

İclasların gündəliyində duran 1 - ci məsələ I yarımilin yekunu, 2 - ci məsələ isə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təlimati məktubunun müzakirəsi olub.

Məktəbin direktoru Taleh müəllim Şahbazov və sinif rəhbərləri keçirilən iclaslarda məktəbdə valideynlərlə işin aparılması, valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı və şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi