Azadlıq mübarizəsinin rəmzi

1990 - cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının mübarizə əzmini, iradəsini qıra bilmir. " 20 Yanvar faciəsi " hər il olduğu kimi bu il də məktəbimizdə qeyd edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktubuna əsasən siniflərdə 19.01.2024 - cü il tarixində birinci dərslər " 20 Yanvar faciəsi "nə həsr olunub.

Məktəbimizdə müəllim Ləman Bayramovanın təşkilatçılığı ilə " Azadlıq mübarizəsinin rəmzi " adlı tədbiri keçirilib.

Tədbirdə məktəbin direktor müavinləri və müəllimləri tərəfindən o dövr haqqında məlumat verilib. Şagirdlərin hazırladıqları kompozisiyalar nümayiş etdirilib. Məktəbimizdə sinif divar qəzetləri " 20 Yanvar faciəsi "nə həsr edilib, rəsm, foto və kitab sərgiləri təşkil edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi