İnformatikadan Breyn rinq

Məktəbimizdə şagirdlərin informatika bilik və bacarıqlarını inkişaf etdirmək üçün ardıcıl işlər görülür.

İnformatika müəllimləri X.Əlixanzadə və G.Bayramovanın təşkilatçılığı ilə 10 yanvar 2024 – cü il tarixində məktəbin 4 – cü sinif şagirdləri arasında informatika fənnindən Breyn rinq təşkil olunub.

Breyn rinqdə məktəbin direktor müavinləri və fənn müəllimlərindən təşkil olunan münsiflər heyəti şagirdlərin cavablarını qiymətləndiriblər.

Yekun nəticəyə əsasən 4F sinif komandası 1- ci yerə, 4Ç sinif komandası 2 - ci yerə, 4H sinif komandası 3 – cü yerə layiq görülüblər.

Məktəbin direktor müavinləri Fəridə Əhmədova və Cəmalə Nəcəfova qalib komandaları və bütün iştirakçıları təbrik ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi