İgid məzunlarımız

Məktəbimizdə şagirdlərdə vətənpərvərliyin yüksəldilməsi məqsədilə mütəmadi olaraq kütləvi tədbirlər keçirilir.

Məktəbin direktor müavini C.Nəcəfovanın və Hərbi rəhbər V.Talıbovun təşkilatçılığı ilə “ İgid məzunlarımız ”adlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Taleh müəllim Şahbazov, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, Şəhid Əmrah Əkbərovun anası Dürdanə xanım, məktəbin Vətən müharibəsi iştirakçısı olan məzunları, direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət bayrağının gətirilməsi, Himnimizin səslənməsi ilə başlayıb.

Məktəbin direktoru Taleh müəllim Şahbazov tədbiri açıq elan edib, Müqəddəs şəhidlərimiz birdəqiqəlik sükutla yad edilib.

Siniflıər üzrə hərbi komandalar rəsmi və mahnı keçidi ilə keçib, məktəbin “ Şahinlər ” komandası hərbi - taktiki nümunələr yerinə yetirib, şərti yanğını söndürüb, şərti yaralıya tibbi yardım göstərilib.

Tədbirdə həmçinin 3A, 6B, 8 – ci sinif şagirdlərinin hazırladıqları rəqs və mahnı nümunələri nümayış etdirilib.

Tədbirdə tarix müəllimi Fidan Balayeva Ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti haqqında ətraflı məlumat verdi.

Tədbirdə çıxış edən məktəbin direktoru Taleh müəllim Şahbazov Vətən müharibəsi və Vətən müharibəsində iştirak edən məzunlarımız haqqında məlumat verdi və Şəhid analarına və Şəhid yaxınlarına, tədbirin təşkilatçılarına, igid məzunlarımıza “ Fəxri fərman ” təqdim edib.

Məktəbin foyesində “ İgid məzunlarımız ” guşəsinin açılışı keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi