Tariximiz varlığımızdır

Məktəb pedaqoji şurasının qərarı ilə fəaliyyət planına əsasən keçirilən “ Tarix fənn aylığı ” tarix müəllimi Sevinc Tağıyevanın hazırladığı “ 100 + 20 ” ədəbi bədii tədbiri ilə başa çatdırılıb.

Tədbir veriliş formasında hazırlanıb. Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  20 il ərzində apardığı uğurlu siyasətin nəticəsinə uyğun olaraq “ 100 + 20 ” adlandırılıb.

Keçirilən tədbirdə “ Tarix fənn aylığı ” ərzində aparılan nümunəvi dərslər, tədbirlər, tarixi yerlərdə olan əyani dərslər, bilik yarışlarını keçirən tarix müəllimləri bir – bir məlumat verdilər.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixində qızıl hərflərlə yazılmış fəaliyyətindən danışdı, “ Tarix fənn aylığı ” ərzində görülən işlərə görə hər bir müəllim və şagirdə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi