Türk dünyasının sönməz günəşi

Ümummilli lider Heydər Əliyev istər Azərbaycan, istərsə də dünya tarixinə əbədi həkk olunmuş dahi şəxsiyyətlərdəndir.

Məktəbimizdə 2023 - cü il tədbirlər planına uyğun olaraq “ Heydər Əliyev ili ”nə aid silsilə tədbirlər keçirilib.

12 dekabr tarixində məktəbimizdə sıra təlimi zamanı Anım tədbiri keçirilib, Ümummilli lider Heydər Əliyev birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Taleh müəllim Şahbazov Ümummilli lider Heydər Əliyevin Azərbaycan həyatında qızıl hərflərlə əbədi yazılmış fəaliyyətindən ətraflı məlumat verib. Anım tədbirində Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim də iştirak edib.

Anım tədbirinin ikinci hissəsi akt zalında davam etdirilib.

Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında çıxışlar edilib, video slaydlar göstərilib.

Məktəb psixoloqları Milana Həsənova və Rəna Əliyevanın təşkilatçılığı ilə 8 – 9 - cu siniflər arasında keçirilən “ Heydər Əliyevə səsli məktub ” mövzusunda TED – x müsabiqəsinin qaliblərinin çıxışları dinlənilib.

Məktəbin direktoru Taleh müəllim Şahbazov Ümummilli lider Heydər Əliyev haqqında şagirdləri maraqlandıran sualları cavavblandırıb, tədbirin təşkilatçılarına və şagirdlərə öz minnətdarlığını bildirib, Heydər Əliyev irsini daim öyrənməyi tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi