Ilk müstəqil Azərbaycan xanlığı

Məktəbimizdə “ Tarix fənn aylığı ” çərçivəsində tədbirlər silsiləli şəkildə davam etdirilir. Tarix fənn müəllimləri Səmayə Nəcəfova və Fidan Balayevanın təşkilatçılığı ilə səkkizinci sinif şagirdləri  ilk müstəqil Azərbaycan xanlığı – “ Qızılqaya xəyanəti “ adlı tədbir keçiriblər. Tədbirdə xanlıqlar dövrünün məişət əşyalarına aid sərgi təşkil edilmiş, tarixdə “ Qızılqaya xəyanəti ” adı almış hadisələr şagirdlər tərəfindən səhnələşdirilib.

Tədbirdə məktəbin direktor müavinləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirə yekun vuran direktor müavini Gülxanım Allahverdiyeva mövzu haqqında əlavə məlumat vermiş, tədbiri təşkil edən müəllimlərə və şagirdlərə minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi