Müəllim və şagirdlərimiz Fəxri Xiyaban və Qənimətlər Parkında

Azərbaycan xalqı tarixən düşmənlərə qarşı unudulmaz döyüş salnamələri yaratmışdır.

Tariximizi öyrənmək, qəhrəman şəhidlərimizin hər birini tanımaq və yad etmək hər birimizin borcudur.

27 sentyabr 2023 – cü il tarixində məktəbin direktor müavini Nəzrin Qasımzadə və UBR Aynurə Budaqovanın təşkilatçılığı ilə 10A sinif rəhbəri İlahə Rüstəmova və sinif şagirdləri Fəxri Xiyabanda müqəddəs Şəhidlərimizi yad etmiş, onların məzarları üstünə tər qərənfillər düzmüşlər.

Qənimətlər Parkında olan müəllim və şagirdlərimiz 44 günlük Vətən müharibəsi dövründə mənfur düşməndən götürülən döyüş texnikalarını əyani şəkildə görmüş və Azərbaycan əsgərinin rəşadətinin şahidi olmuşlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi