7 – ci siniflər arasında bilik yarışı

Məktəbimizdə “ Heydər Əliyev ili ” ilə əlaqədar tədbirlər silsiləli şəkildə davam etdirilir.

31 may 2023 – cü il tarixində məktəbin coğrafiya müəllimi Əminə Efendiyevanın  təşkilatçılığı ilə 7 – ci siniflər arasında “ Bilik yarışı ” keçirilib. Yarışmada 8 komanda iştirak edib.

“ Bilik yarışı ”nı məktəbin direktoru, direktor müavinləri və fənn müəllimlərindən ibarət münsiflər heyyəti izləyib.

Komandaların cavablarına əsasən 7g sinfi 1 – ci yerə, 7a sinfi 2 – ci yerə, 7ə sinfi isə 3 – cü yerə layiq görülüb.

“ Bilik yarışı ”na yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov həm qalib komandaları, həm də bütün iştirakçıları təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi