Müstəqil Azərbaycan

Azərbaycan xalqı çətin, məşəqqətli və uzun bir yol keçərək 1918 – ci ilin 28 mayında öz müstəqilliyini elan etmişdir.

İstər 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də müstəqilliyimizin yenidən bərpası dövründə və Qarabağın azad edilməsi yolunda Azərbaycan Respublikasının rəhbərləri və xalqı yorulmadan çalışmışlar.

Məktəbimizdə “ 28 May Müstəqillik Günü ”nə həsr olunmuş ədəbi – bədii tədbir keçirilib.

Tədbir məktəbin tarix müəllimi F.Balayevanın təşkilatçılığı ilə 2- ci, 5- ci, 6 – cı və 10 – cu sinif şagirdlərinin iştirakı ilə keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Ədəbi – bədii gecədə şagirdlərin çıxışları ilə yanaşı hazırladıqları kompozisiyalar nümayiş etdirilib.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov Azərbaycan Respublikasının müstəqillik tarixindən geniş məlumat verib, tədbirin təşkilatçılarına və şagirdlərə öz minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi