Narkomaniyaya yox deyək

Məktəbimizdə şagirdlərin pis vərdişlərdən uzaq olması üçün mütəmadi olaraq sistemli işlər aparılır.

13 aprel 2023 – cü il tarixində Xəzər RPİ – nin 2 – ci Polis Şöbəsinin rəisi, polis – polkovnik leytenantı M.Bağırov, Xəzər RPİ – nin YYÇPİTB – nin baş inspektoru polis mayoru X.Həsənova, Xəzər RPİ – nin 2 – ci Polis Şöbəsinin polis mayoru H.İsgəndərovun iştirakı ilə “ Narkomaniyaya yox deyək ” tədbiri keçirilib.

Tədbirdə məktəbimizin 10 – 11 – ci sinif şagirdləri iştirak ediblər.

Tədbiri məktəbin direktoru Taleh müəllim Şahbazov açaraq tədbirin mövzusu və qonaqları haqqında məlumat verib.

Çixış edən polis işçiləri şagirdlərə günün bəlası olan narkomaniyadan və digər pis vərdişlərdən kənar olmağı, qarşılaşdıqları zaman məlumat verməyin vacibliyini şagirdlərə  çatdırdılar.

Tədbir zamanı müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi