Kimyadan təcrübə dərsi

Məktəbimizdə “ Kimya və Biologiya aylığı ” çərçivəsində  silsilə tədbirlər davam etdirilib.

Kimya müəllimi E.Nəcəfova 10 – cu sinif şagirdləri ilə təcrübə dərsi təşkil edib. Təcrübə dərsində məktəbin direktoru Taleh müəllim Şahbazov, direktor müavinləri və fənn müəllimləri iştirak ediblər.

Təcrübə dərsində “ Fironun İlanları ”, “ Karbon qazının alınması ”, “ Şəkərin kömürə çevrilməsi “, “ Vulkan püskürməsi ”,” Lava Lampası “,” Sehrli yazıların oxunması ”, “ Hidrogenin alınması ” və s. təcrübələr aparılmışdır. Aparılan təcrübələr müəllimlərin və şagirdlərin marağına səbəb olub.

Təcrübə dərsinin müzakirəsinə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov nəzəri biliklərin praktik cəhətdən yerinə yetirilməsi  mövzunun tam şəkildə qavranılmasına zəmin yaradır. Fənn müəlliminə və şagirdlərə minnətdarlığını bildirib,  müəyyən tövsiyələrini söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi