Bilik yarışı

Məktəbimizdə pedaqoji şuranın qərarına əsasən “ Fənn aylıqları ” davam etdirilir. Aprel ayı “ Kimya, Biologiya fənn aylığı ” müəyyən edilmişdir.

05 mart 2023 – cü il tarixində kimya müəllimləri E.Nəcəfova, Ü.Qəhrəmanlı, M.Bəhmənlinin təşkilatçılığı ilə 8 – ci siniflər arasında “ Bilik yarışı ” keçirilmişdir.

“ Bilik yarışı ”nı məktəbin direktoru Taleh müəllimin rəhbərliyi ilə direktor müavinləri və fənn müəllimlərindən ibarət münsiflər heyəti izləmişdir. Bilik yarışında komandalar sağlam rəqabətlə yarışmışlar.

Yekun nəticəyə görə 8Ç sinfi 1 – ci yerə, 8B sinfi 2 – ci yerə, 8A sinfi 3 – cü yerə layiq görülmüşdür.

“ Bilik yarışı ”na yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov galib komandalara diplom və hədiyyələr təqdim etmiş, bütün yarış iştirakçılarını təbrik etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi