31 Mart Soyqırımı

Azərbaycan xalqı öz milli mentalitetinə uyğun, yəni qonaqpərvərliyinin  nəticəsi mənfur ermənilərin torpaqlarımızda məskunlaşmasına səbəb olmuşdur. Mənfur qonşularımız isə zaman-zaman xalqımıza qarşı soyqırımlar törətmişdir. 1918 - ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvan bölgələrində kütləvi qətliamlar törədiblər.

31 mart 2023 - cü il tarixində məktəbin müəllimləri A.Məmmədova və İ.Gülmalıyevanın təşkilatçılığı ilə “ 31 Mart Soyqırımı ”na həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Dəyirmi masada 1918 - ci ildə baş verən hadisələr müəllimlər və şagirdlər tərəfindən müzakirə olunub.

Dəyirmi masaya yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov o dövrdə baş verən hadisələri tarixi aspektdən analiz etmiş, tədbirin təşkilatçılarına  və şagirdlərə minnətdarlığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi