Müəllimlərimiz və şagirdlərimiz “ N ” saylı hərbi hissədə

Məktəbimizin müəllim və şagirdləri 18 mart 2023 – cü il tarixində ” N ” saylı hərbi hissədə “ Novruz şənliyi “ təşkil ediblər.

Tədbirin təşkilatçıları məktəbin Hərbi rəhbəri V.Talıbov və ibtidai sinif müəllimi N.Əliyeva olublar. Tədbirdə şəhid Əmrah Əkbərovun anası Dürdanə xanım və QƏQİB-in sədr müavini Əvəz Əsgərov da iştirak etmişlər.

Şagirdlər hazırladıqları mahnı, rəqs və səhnəciklərlə Hərbi hissənin zabit və əsgərləri qarşısında çıxış ediblər. Əsgər və zabitlər şagirdlərin çıxışlarını rəğbətlə qarşılayıblar.

“ N ” saylı Hərbi hissənin komandanlığı keçirilən Novruz tədbirinə görə 322 nömrəli tam orta məktəbi “ Fəxri fərman ”la mükafatlandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi