Milli bayramımız – Novruz

İnsanlara xoş əhvali – ruhiyyə, təbiətə yeniliklər gətirən yaz fəsli daxil olur.

Məktəbimizdə 16 mart 2023 – cü il tarixində “ Yurdumuza yaz gəlir ” ədəbi - bədii tədbir keçirilmişdir. Tədbiri məktəbin musiqi müəllimələri G.Zeynalova  və E.Ağazadə hazırlamışlar.

Ədəbi – bədii tədbirdə məktəb rəhbəriyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Məktəbin şagirdlərinin hazırladıqları rəqs və mahnı nümunələri hamını valeh edib.

Çıxış edən müəllimlər və şagirdlər milli bayramımız – Novruz haqqında ətraflı məlumat verdilər.

Tədbir zamanı Texnologiya dərslərində şagirdlərin hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

Məktəbin direktoru Taleh müəllim Şahbazov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, müsabiqə, yarış və rəsm sərgilərində fərqlənən bir qrup  şagirdi “ Fəxri fərman ”la mükafatlandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi