İlaxır çərşənbə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində 2023 – cü ilin mart – dekabr aylarında  “ Dəyərlərimizi qoruyaq! ” layihəsinə uyğun olaraq məktəbimizdə silsilə tədbirlər davam etdirilir.

Hər bir xalqın öz milli bayramları və adət - ənənələri vardır. Dünya xalqları içərisində öz milli mədəniyyəti və mentaliteti ilə seçilən Azərbaycan xalqının da özünəməxsus bayramları vardır.

Novruz Azərbaycan xalqının milli bayramıdır.

Məktəbimizdə “ İlaxir çərşənbə ”yə həsr olunmuş ədəbi - bədii tədbir keçirilmişdir.

Tədbirdə məktəbimizin şəhidləri Vüsal İsmayılzadə və Əmrah Əkbərov yad edilib.

Tədbirdə  məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şaqirdlər iştirak ediblər. Məktəbin texnologiya müəllimləri şagirdləri əl işlərindən  ibarət sərgi təşkil etmişdilər.  Şagirdlərin əl işləri sərgidə olan hər kəsin marağına səbəb oldu. Şagirdlər milli musiqi nömrələri ilə tədbirə rəng qatdılar.

Tədbirdə çıxış edən məktəbin direktoru Taleh müəllim Şahbazov milli adət - ənənələrimiz haqqında danışıb, bütün tədbir iştirakçilarını “ Ilaxır çərşənbə “  münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi