Nümunəvi dərs

Tədrisin ümumi səviyyəsini qaldırmaqda, yeni təlim metodlarını tətbiqində nümunəvi dərslərin rolu böyükdür.

Məktəbin inqlis dili fənn müəllimi A.Məmmədova 5a sinfində nümunəvi dərs təşkil edib. Dərsin mövzusu “ İngiltərə və Azərbaycan mədəniyyəti ” olmuşdur.

Nümunəvi dərsdə məktəbin direktoru Taleh müəllim Şahbazov, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, direktor müavinləri və fənn müəllimləri iştirak ediblər.

Dərs zamanı fənn müəllimi ölkələr arası mədəniyyətlərin qarşılıqlı əlaqəsini düzgün yanaşmalarla əlaqələndirib.

Məktəbin şəhidləri Vüsal İsmayılzadə və Əmrah Əkbərov dərs zamanı  yad edilib. Nümunəvi dərs zamanı mövzu tam mənimsədilib.

Nümunəvi dərsin müzakirəsinə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov keçirilən dərsi müsbət qiymətləndirib, müəllimə öz tövsiyələrini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi