Olimpiya oyunları uşaqların gözü ilə

Məktəbimizdə 27  fevral – 5 mart “ İdman həftəsi ” çərçivəsində silsilə tədbirlər davam etdirlib.

Şagirdlər arasında “ Olimpiya oyunları uşaqların gözü ilə ” adlı əl işləri və rəsm müsabiqələri təşkil olunub.

Məktəbin foyesində toplanan əl işlərinin və rəsmlərin sərgisi açılıb. Məktəb rəhbərliyi, müəllimlər , valideynlər və şagirdlər sərgiyə baxış keçiriblər.

Texnologiya və təsviri incəsənət fənn müəllimləri şagirdlərin əl işləri və rəsmləri haqqında sərgiyə baxanlara məlumat veriblər.

Məktəbin direktoru Taleh müəllim Şahbazov fərqlənən şagirdləri təbrik edib, fənn müəllimlərinə həmin şagirdlərə yaradıcılıq qabiliyyətlərini artırmaqda dəstək olmağı tapşırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi