İdman festivalı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 27 fevral – 5 mart tarixində ümumtəhsil məktəblərində idman həftəsinin keçirilməsi sərəncamına əsasən məktəbimizdə 02 mart 2023 – cü il tarixində “ İdman festivalı ” keçirilib.

Festival Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, müqəddəs şəhidlərimizin xatirəsi bir dəqiqəlik  sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi rəhbər  V. Talıbovun  rəhbərliyi ilə tədbirə gətirilib.

Məktəbin direktoru Taleh müəllim Şahbazov “ İdman festivalı ”nı açıq elan edib.

Fiziki tərbiyə müəllimləri N.Abdurahmanov, N.Nəcəfov  və V. İsmayılovanın təşkilatçilığı ilə komandalar arasında yarışlara start verilib.

Münsiflər heyəti “ Cırtdan ” və “ Sehirli çıraq ” komandalarının yarışlarını izləyib və qiymətləndiriblər.

Yarışın sonunda “ Sehirli çıraq ” komandası 78 bal, ” Cırtdan ” komandası 62 bal toplayıb.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov komandaların topladığı balları elan edib və bütün yarış iştirakçılarını təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi