Bilik yarışı

Məktəbimizdə şagirdlərin əqli biliklərinin möhkəmləndirilməsi və onlarda çevik cavab vermək qabiliyyətini formalaşdırmaqda bilik yarışlarının rolu böyükdür.

Məktəbimizdə Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində 7 – ci sinif şagirdləri arasında müəllim U.Heydərovanın təşkilatçılığı ilə bilik yarışı keçirilib. Bilik yarışında 11 sinifdən 66 şagird iştirak edib.

Məktəbin direktoru Taleh müəllim başda olmaqla, direktor müavinləri və müəllimlərdən ibarət münsiflər heyəti yarışı izləmiş, fəqlənən komandaları mükafatlandırmışdır.

Bilik yarışında 7ğ sinif komandası 1 – ci yerə, 7ə sinif komandası 2 – ci yerə, 7f sinif komandası 3 – cü yerə layiq görüldü.

Komandaları təltif edən məktəbin direktoru Taleh müəllim Şahbazov həm qalib komandaları, həm də bütün yarış iştirakçilarını təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi