İdman viktorinası

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sərəncamına əsasən ümumtəhsil məktəblərində 27 fevral – 5 mart idman həftəsi çərçivəsində məktəbimizdə də tədbirlər silsiləli şəkildə davam etdirilib . Müəllim İ.Nizami və V.Adilin təşkilatçılığı ilə 28 fevral 2023 – cü il tarixındə 5 – 6 cı sinif şagirdləri arasında “ İdman viktorinası ” təşkil olunub. Viktorinada 50 – dən artıq şagird iştirak edib.

Direktor müavinləri və metodbirləşmə sədrindən ibarət münsiflər heyəti  viktorinada şagirdlərin cavablarını qiymətləndiriblər.

Yekun nəticədə 6c sinif komandası 1 – ci yerə, 5d sinif komandası 2 – ci yerə, 5b sinif komandası isə 3 – cü yerə layiq görülüb.

Qalibləri və bütün yarış iştirakçılarını münsiflər heyəti  təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi