Nümunəvi dərslər

Məktəbimizdə “ Azərbaycan dili və ədəbiyyat fənn aylığı “ çərçivəsində nümunəvi dərslərin keçirilməsi davam etmişdir.

Müəllim Mirzəyeva Şəfaqət 9f sinfində ədəbiyyat fənnindən nümunəvi dərs keçirmişdir. Dərsin mövzusu Əli Kərimin “ Qaytar ana borcunu ” şeiri olmuşdur.

Müəllim Sadıqlı Rəvanə 7ç sinfində  Azərbaycan dili fənnindən nümunəvi dərs keçirmişdir. Dərsin mövzusu “ Mürəkkəb bağlayıcılar “ olmuşdur .

Nümunəvi dərslərdə məktəbin direktoru Taleh müəllim, direktor müavinləri və fənn müəllimləri iştirak ediblər.

Hər iki dərs günün tələblərinə uyğun keçirilib, dərs zamanı şagirdlər fəallıq göstəriblər. Nümunəvi dərslər müzakirə olunub, fənn müəllimlərinə tövsiyələr edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi